TQDK “Dərslik portalı” üçün nəzərdə tutulan materialların müzakirəsini aparıb

TQDK “Dərslik portalı” üçün nəzərdə tutulan materialların müzakirəsini aparıb
# 10 oktyabr 2013 14:34 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) elektron “Dərslik portalı” üçün nəzərdə tutulan materialların müzakirəsi aparılıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Biologiya”, “Həyat bilgisi”, “Azərbaycan tarixi” və “Texnologiya” dərslik komplektlərinin birinci yarımil üçün nəzərdə tutulan materiallar müzakirə olunub.

Qeyd edək ki, ekspertlər tərəfindən bu materiallar barədə qeyd edilən irad və təkliflər elektron “Dərslik portalında” yerləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR