Arseni Yasenyuk: “Yanukoviç bir də gücə əl atsa, çox sərt cavab alacaq”

Arseni Yasenyuk: “Yanukoviç bir də gücə əl atsa, çox sərt cavab alacaq”
# 03 dekabr 2013 07:24 (UTC +04:00)

APA-nın xəbərinə görə, A. Yasenyuk “5-ci kanal”a müsahibəsində bildirib ki, V. Yanukoviç dinc aksiyaya və dinc nümayişçilərə yenidən güc tətbiq edərsə, bunun nəticələri şəxsən onun üçün ağır olacaq.

Müxalifət lideri deyib ki, hazırda meydanda qorxaq adamlar yoxdur: “İstənilən güc variantına çox sərt cavab veriləcək. Əgər ötən bazar meydana 800 min adam çıxmışdısa, bu dəfə 8 milyon adam üsyan qaldıracaq”.

A. Yasenyuk vilayətlərdə milli müqavimət qərargahlarının formalaşdığını söyləyib: “Artıq üç vilayət tətilə başlayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR