Azərbaycanda xidmətlər indeksi artıb

Azərbaycanda xidmətlər indeksi artıb
# 23 dekabr 2013 07:54 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər indeksi 2013-cü ilin noyabr ayı üzrə 104,1% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici oktyabr ayı ila müqayisədə 5,4 faiz bəndi artıb.

Göründüyü kimi, artımla yanaşı, indeks 100% həddini üstələyib ki, bu da hesabat ayı ərzində əhaliyə göstərilən xidmətlərin həcminin əvvəlki aya nisbətən artmasından xəbər verir. Qeyd edək ki, xidmətlər indeksi hesabat ayı ərzində pullu xidmətlərin həcminin əvvəlki ayın eyni göstəricisinə nisbəti kimi hesablanır. Belə ki, noyabrda əhaliyə 617,7 mln. manat həcmində pullu xidmətlər göstərilib, oktyabrda isə bu həcm 593,3 mln. manat olub. Müqayisə üçün bildirək ki, sentyabrda bu göstərici 601,3 mln. manat təşkil edib.

Ümumilikdə, yanvar-noyabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 5,668 mlrd. manat təşkil edib, bu isə illik müqayisədə 7,3% çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin ÜDM-də xüsusi çəkisi 10,9%-ə bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR