Dünya bazarında şəkər kəskin bahalaşıb

 Dünya bazarında şəkər kəskin bahalaşıb
# 05 fevral 2014 14:55 (UTC +04:00)

«APA-Economics»in «Bloomberg»ə istinadən verdiyi məlumata görə, buna səbəb Braziliyada quraqlığın yaranmasıdır. Belə ki, ötən ay şəkərin qiyməti üç illik maksimuma çatıb.

Dünən Nyu-Yorkun ICE Futures U.S. birjasında keçirilən hərracda xam şəkərin bir funtunun mart fyuçersinin qiyməti 2% artaraq 16,06 sentə çatıb. Ümumilikdə isə yanvar ayında qiymət 9% artıb.

Qeyd edək ki, yanvar ayı son 29 il ərzində Braziliyada olduqca isti və quraqlıq keçib. Meteoroloqların proqnozlarına görə, quraqlıq fevral ayında davam edəcək. Artıq digər iri şəkər istehsalçısı olan Hindistan şəkərin ixracını artırmamağı qərara alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR