Yol polisini maşınla vuraraq qaçan sürücü həbs edilib

Yol polisini maşınla vuraraq qaçan sürücü həbs edilib
# 06 yanvar 2014 11:38 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 5-də saat 23:00 radələrində Biləsuvar şəhərinin ərazisində «Mercedes» markalı avtomobilin sürücüsü yol hərəkət qaydasını kobud surətdə pozduğu üçün orada xidmətdə olan Rayon Polis Şöbəsi Dövlət Yol Patrul Bölməsinin baş inspektoru, polis leytenantı Ramal Ağaməmmədov «saxla» işarəsi verib. Sürücü tabeçilik göstərməyərək avtomobillə R.Ağaməmmədovu və «BMW» markalı xidməti avtomobili vuraraq hadisə yerindən qaçıb.

Görülmüş tədbirlər nəticəsində Astara şəhər sakini Zamir Şəfiyev idarə etdiyi «Mercedes» markalı avtomobildə saxlanılıb. R.Ağaməmmədov xəstəxanaya yerləşdirilib.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR