Gürcüstan prezidenti baş nazir vəzifəsinə İrakli Qaribaşvilini təyin edib

Gürcüstan prezidenti baş nazir vəzifəsinə İrakli Qaribaşvilini təyin edib
# 20 noyabr 2013 21:34 (UTC +04:00)

Bakı-APA. Noyabrın 20-də axşam saatlarında Gürcüstan prezidenti Georgi Marqvelaşvili İrakli Qaribaşvilini baş nazir vəzifəsinə təyin edib. APA-nın “Novosti Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan prezidentinin mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir.

G.Marqvelaşvili baş nazir İ.Qaribaşvilini və yeni hökumətin hər bir üzvünü ölkə parlamentinin etimadını qazandıqlarına görə təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR