Meksikada 5,4 bal gücündə zəlzələ olub

Meksikada 5,4 bal gücündə zəlzələ olub
# 22 sentyabr 2013 01:18 (UTC +04:00)

Bakı-APA. Meksikanın şimalındakı Çiuaua ştatında 5,4 bal gücündə zəlzələ olub. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat hələlik daxil olmayıb.

Milli seysmoloji xidmətin məlumatına görə, yeraltı təkanların episentri Delisias şəhərindən 54 km cənub-qərbdə, 3 km dərinlikdə qeydə alınıb. Zəlzələdən az sonra 4,9 bal gücündə təkrar təkan qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR