ADA Universiteti ilə Pekin Dillər və Mədəniyyət Universiteti arasında anlaşma memorandumu imzalanıb - FOTO

ADA Universiteti ilə Pekin Dillər və Mədəniyyət Universiteti arasında anlaşma memorandumu imzalanıb - <span style="color: red;">FOTO
# 03 iyul 2014 12:02 (UTC +04:00)

Bakı-APA. ADA Universitetinin nümayəndə heyəti Çinə işgüzar səfər edib.

ADA-nın Kommunikasiya Departamentindən APA-ya verilən məlumata görə, səfərin məqsədi ADA Universitetini təbliğ etmək, tələbə və müəllim heyətinin mübadiləsi, çinli tələbələrin ADA-ya cəlb edilməsi və yay məktəbləri, konfranslar kimi birgə layihələr vasitəsi ilə Çin universitetləri ilə əməkdaşlıq imkanlarını araşdırmaq, “Azərbaycan Mərkəzi Avrasiyanın regional mərkəzi kimi” adlı kitabın təqdimatını keçirmək, o cümlədən enerji və ətraf mühit məsələləri ətrafında ikitərəfli münasibətləri müzakirə etmək olub.

Səfər çərçivəsində nümayəndə heyəti Pekin Dillər və Mədəniyyət Universiteti, Pekin Dövlət Universiteti, Çin Beynəlxalq Münasibətlər İnstitutu, Çin Diplomatiya Akademiyası, Konfusi İnstitutu və Şərqi Avropa, Rusiya və Mərkəzi Asiyaşünaslıq İnstitutunun rəsmiləri ilə görüşlər keçirib və müzakirələrdə iştirak edib.

Qeyd edək ki, səfər zamanı ADA Universiteti ilə Pekin Dillər və Mədəniyyət Universiteti arasında ikitərəfli əlaqələrin inkişafına dair anlaşma memorandumu imzalanıb.

Nümayəndə heyətinə ADA-nın prorektoru Fariz İsmayılzadə, ADA Universitetinin Tədris işləri üzrə prorektorunun müavini Anar Vəliyev, ADA-nın tədqiqatçısı Taleh Ziyadov, ADA Universitetinin Beynəlxalq əlaqələr ofisinin rəhbəri Rəhman Şahhüseynli və Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Rəşad Kərimov daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR