«AXA-Mbask» sığorta şirkətinin tələbələr üçün keçirdiyi «Sığorta işinin təşkili» adlı ilk kurs başa çatıb

«AXA-Mbask» sığorta şirkətinin tələbələr üçün keçirdiyi «Sığorta işinin təşkili» adlı ilk kurs başa çatıb
# 05 fevral 2014 09:53 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «AXA-Mbask» sığorta şirkətinin «AXA-Mbask Akademiya» proqramı çərçivəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) ilə birlikdə tələbələr üçün keçirdiyi «Sığorta işinin təşkili» adlı ilk nəzəri və praktiki kurslar başa çatıb.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, proqramda iştirak üçün Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, eləcə də «Qafqaz» və «Xəzər» universitetlərindən 25 tələbə seçilib.

Tələbələr məşğələlər zamanı sığorta işinin xüsusiyyətlərini öyrənib, müxtəlif təcrübi tapşırıqları yerinə yetirib, sığorta məhsullarının satışı texnologiyaları sahəsində, anderraytinq, sığorta şirkətinin sənəd dövriyyəsi, sığorta hadisələrin tənzimlənməsi barədə biliklərə yiyələnib, eləcə də risklərin idarə edilməsi bağlı ixtisaslaşdırılmış məsləhətlər əldə ediblər.

Təlim «AXA-Mbask» şirkətinin aparıcı menecerləri və mütəxəssisləri tərəfindən işlənib-hazırlanan və sığorta şirkətinin fəaliyyətinə daha müfəssəl baxışı təmin edən unikal proqramlar əsasında aparılıb.

Kursun nəticələrinə görə, 5 ən uğurlu tələbə şirkətdə gələcəkdə onlara sığorta sahəsində karyera qurmaq imkanı yaradan yay təcrübəsi keçmək imkanı qazanıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR