Yunanıstanda ultrasağçı partiyanın lideri və partiyanın beş deputatı həbs olunub

Yunanıstanda ultrasağçı partiyanın lideri və partiyanın beş deputatı həbs olunub
# 28 sentyabr 2013 10:16 (UTC +04:00)

APA-nın yerli “Katimerini” qəzetinə istinadən verdiyi məlumata görə, həbslər bu gün səhər saatlarında həyata keçirilib. Həbs olunanlar arasında deputatlar Xristos Pappas, İlias Kasidiaris və Panayotis İliopulos var.

Bundan əvvəl KİV-də məlumat yayılıb ki, Yunanıstan hökuməti cəmiyyətdə neonasist kimi tanınan partiyaya maliyyə vəsaitlərin ayrılmasını dayandıracaq. Hökumət bu cür addımını antifaşıst musiqiçi Pavlos Fissasın qətlə yetirilməsindən sonra atıb. Bir neçə gün əvvəl istintaq P. Fissasın öldürülməsi ilə bağlı bəzi deputatların telefon danışıqların məlumatların əldə edilməsinə icazə alıb.

Qeyd edək ki, “Qızıl Şəfəq” partiyası ötən ilin iyununda keçirilən parlament seçkilərdə 7 faiz toplayıb və 300 nəfərlik parlamentində 18 mandata sahib çıxıb. Partiya öz seçicilərinə iqtisadi çətinlikləri ilə üzləşən Yunanıstanı miqrantlardan “təmizləməyə” söz verib.

P. Fissasın qətlə yetirilməsi isə cəmiyyətdə geniş rezonans yaradıb. Yunanıstanın bütün partiyaları “Qızıl Şəfəq”in fəaliyyətini dayandırmağa və faşizmin qarşısını almasına çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR