® “Bank Respublika” “Bir kredit - Bir bank” adlı yeni məhsulunu təklif edir - FOTO

<font color=red>® </font>“Bank Respublika” “Bir kredit - Bir bank” adlı yeni məhsulunu təklif edir - <span style="color: red;">FOTO
# 23 sentyabr 2013 11:05 (UTC +04:00)

Bakı - APA-Economics. Bir neçə bankda nağd kreditləri olanlar üçün “Bank Respublika” “Bir kredit-Bir bank” adlı yeni kredit məhsulunu təklif edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, indi ödəniş cədvəllərinə nəzarət etmək və bank ofislərinə ayda bir neçə dəfə getmək məcburiyyətində qalan müştərilər kreditlərini bir bankda birləşdirə bilərlər. Bu kredit digər banklara olan borcları ödəmək və daha əlverişli faiz dərəcəsi ilə, iş yerindən arayış tələb olunmadan, müxtəlif ehtiyaclar üçün əlavə vəsait əldə etmək imkanını yaradır.

Kreditin maksimal məbləği 10 000 manat, müddəti isə 36 ay təşkil edir. Qeyd edək ki, 3 000 manatadək olan kreditlər zaminsiz verilir. “Bir kredit - Bir Bank” krediti komissiyasız və illik 27% dərəcəsi ilə verilir. Bu kredit həmçinin bir bankda olan bir neçə kreditləri ödəmək məqsədilə verilir.

“Bir Kredit - Bir Bank” məhsulundan istifadə edərkən müştərilər götürdükləri kredit məbləğinin 20% miqdarında, güzəşt müddəti 45 gün olmaqla kredit kartını da əldə edir.

Bu krediti almaq üçün cari kreditlərdən hər hansı üzrə minimal müsbət kredit tarixçəsi ən azı 6 ay olmalıdır və digər kreditlər üzrə ümumiyyətlə gecikmələr olmamalıdır.

“Bank Respublika”dan hər kredit alan müştəri banka gəlmədən, geniş bankomat şəbəkəsi, internet və “Mobil Bank” vasitəsilə kredit borcunu ödəmək imkanını əldə edir.

Kreditlərinizi bir Bankda birləşdirin! “Bank Respublika” - Sizə faydalı!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR