Əbülfəs Qarayev Xırdalanda vətəndaşları qəbul edib - FOTO

 Əbülfəs Qarayev Xırdalanda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 24 iyun 2014 11:56 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xırdalanda Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı, Zəngilan və Şuşa rayonlarından 30-a yaxın vətəndaşı qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, vətəndaşların xahiş və təklifləri əsasən tarixi abidələrin təmir-bərpası, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yerlərdə ev-muzeylərinin, tarix-diyarşünaslıq muzeylərinin açılması, yubiley tədbirlərinin keçirilməsi, istedadlı gənc musiqiçilərə təqaüdlərin verilməsi və s. məsələlərlə bağlı olub.

Sumqayıt şəhərində turizmin inkişafı ilə bağlı əlavə tədbirlərin görülməsi, Abşeron rayonunda dövlət teatrının yaradılması barədə təşəbbüslər, eləcə də işlə təminat və digər sosial məsələlərlə bağlı xahişlər də diqqətə çatdırılıb.

Nazir Ə. Qarayev mətbuata açıqlamasında əhali ilə hər ay keçirilən belə görüşlərin əhəmiyyətini önə çəkib, vətəndaşların müxtəlif məsələlərlə bağlı təşəbbüskarlığının təqdirəlayiq olduğunu deyib: “Bu gün keçirilən qəbulda abidələr, onların bərpası ilə bağlı məsələlərin daha çox səslənməsi vətəndaşların tarixi-mədəni irsimizə diqqətindən xəbər verir. Biz bu təşəbbüsləri yüksək qiymətləndiririk”.

Bütün xahiş və təkliflərin diqqətlə nəzərdən keçiriləcəyini deyən nazir mədəniyyət müəssisələrinin maddi-texniki vəziyyəti, incəsənət məktəblərində təhsilin təşkili ilə bağlı məsələlərin diqqət mərkəzində saxlanıldığını bildirib: “Burada qaldırılan bəzi məsələlər nazirlik olaraq bizi də narahat edir. Məsələn, musiqi və incəsənət məktəblərində tədrisin ikinci növbəyə düşməsi həm müəllimlər, həm də şagirdlər üçün əlavə çətinliklər yaradır ki, bu da kompleks yanaşma ilə həll olunmalıdır”.

Qəbuldan sonra Ə. Qarayevin və nazirliyin məsul işçilərinin iştirakı ilə

regional müşavirə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR