İran Mərkəzi Bankında xarici banklarda dondurulmuş pulların köçürülməsi üçün xüsusi hesab açılacaq

İran Mərkəzi Bankında xarici banklarda dondurulmuş pulların köçürülməsi üçün xüsusi hesab açılacaq
# 21 yanvar 2014 10:49 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın xarici banklarda dondurulmuş pullarının bir qisimi fevralın 1-də sərbəst buraxılacaq.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı bildirib.

Onun sözlərinə görə, həmin pulların köçürülməsi üçün İran Mərkəzi Bankında xüsusi bir hesab açılacaq.

A.Əraqçı həmçinin deyib ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla böyük ehtimalla Davos forumunda və ya Münhen beynəlxalq təhlükəsizlik konfransında görüşəcək.

Nazir müavini Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmidtlə davamlı təmas halında olduğunu və fikir mübadiləsi apardığını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR