Güclü külək nəticəsində İsmayıllıda ticarət və xidmət obyektləri yanıb, evlər alovdan mühafizə olunub - VİDEO

Güclü külək nəticəsində İsmayıllıda ticarət və xidmət obyektləri yanıb, evlər alovdan mühafizə olunub - <span style="color: red;">VİDEO
# 11 iyun 2014 11:59 (UTC +04:00)

İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin Axundov küçəsində qeydə alınıb.

İsmayıllıda güclü külək əsən zaman elektrik naqillərində baş verən qısaqapanma səbəbindən mağazalardan birində baş verən yanğın qısa vaxt ərzində genişlənərək böyük ərazini əhatə edib. Hadisə zamanı sahibkar Əziz Əzizov, Elxan Əsgərov və Simarə Ətayiyə məxsus qarışıq mallar mağazaları yanıb. Hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Ümumi sahəsi 110 kvadratmetr olan mağazalar içindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb. Mağazalara bitişik gözəllik salonu da yanıb. Hadisə zamanı yaxınlıqdakı iki fərdi yaşayış evi alovdan xilas edilib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR