Gələn il Bakıda Birgə Cəmiyyətlər Forumu keçiriləcək - FOTO - VİDEO

Gələn il Bakıda Birgə Cəmiyyətlər Forumu keçiriləcək - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 06 sentyabr 2013 09:13 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Gələn il Bakıda böyük beynəlxalq forum keçiriləcək. APA-nın məlumatına görə, bunu Bakıda keçirilən “Ali səviyyədə görüş” adlı beynəlxalq tədbirin yekunları ilə bağlı mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. O bildirib ki, 2014-cü il may ayında Bakı Birgə Cəmiyyətlər Forumu təşkil olunacaq və hazırkı tədbir də ona hazırlıq xarakteri daşıyıb.

Mətbuat konfransında çıxış edən Latviyanın sabiq prezidenti Vayra Vike-Freiberqa 2 gün ərzində Bakıda gərgin və maraqlı müzakirələr aparıldığını söyləyib: “Gələn il keçiriləcək forumun proqramını hazırlamışıq və proqram komitəsi yaratmışıq”.

Niderlandın sabiq baş naziri, Madrid Klubunun prezidenti Vim Kok da bir neçə gün ərzində əhəmiyyətli görüşlər və xoş vaxt keçirdiklərini vurğulayıb: “Münaqişələrin həlli və qarşısının alınması məsələsi inanırıq ki 2014-cü ildə də gündəmdə olacaq. Madrid Klubu bundan sonra da bu istiqamətdə səylərini davam etdirəcək və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlığını genişləndirəcək”.

Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin isə bəyan edib ki, Azərbaycan prezidentinin dəstəyi və təşəbbüsü olmasaydı, bu tədbirləri həyata keçirmək mümkün olmazdı: “Bu tədbirlər Azərbaycanın dünyada artan rolunu bir daha təsdiq edəcək və Nizami Gəncəvinin əsərlərinin daha geniş yayılmasına şərait yaradacaq”.

Qeyd edək ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşəbbüsü ilə İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elm və Mədəniyyət Akademiyası, Xarici Əlaqələr Şurası, Beynəlxalq Əməkdaşlıq və Dialoq Mərkəzi, Sülh və Mədəniyyət Fondu, Qlobal Etiks təşkilatı rəhbərlərinin iştirakı ilə Bakıda keçirilən “Ali səviyyədə görüş” adlı toplantı öz işini başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR