Prokuror həbsdə olan bloqgerə cəza istəyib

Prokuror həbsdə olan bloqgerə cəza istəyib
# 18 iyun 2014 15:03 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan bloqger Ömər Məmmədovun məhkəməsi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses iyunun 25-də davam etdiriləcək.


Ömər Məmmədov yanvarın 24-də tutulub. Onun üzərindən 6 qram heroin tapıldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR