Azərbaycanda hind quşları qəfəs şəraitində yetişdiriləcək

Azərbaycanda hind quşları qəfəs şəraitində yetişdiriləcək
# 09 aprel 2014 10:15 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda hind quşlarının qəfəs şəraitində yetişdirilməsi üçün nou-hau texnologiyasının tətbiq edilməsi nəzərdə tutulub. Bu məqsədlə ölkə Rusiyanın Stavropol diyarının təcrübəsindən yararlanmaq istəyir.

APA-Economics”in diyarın Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı marağını Azərbaycan kənd təsərrüfatı naziri Heydər Əsədov stavropollu həmkarı Aleksandr Martıçevlə görüş zamanı ifadə edib.

Bu sahə ilə bağlı daha konkret sənədlər Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nümayəndələrinin diyara səfəri çərçivəsində imzalanacaq.

Qeyd edək ki, Stavropol diyarından Azərbaycana ətlik və südlük istiqamətli iri buynuzlu qaramalın damazlıq bioməhsullar, eləcə də damazlıq düyələr ixrac edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR