Avrointeqrasiya tərəfdarlarının Kiyevin Müstəqillik meydanında keçirdiyi aksiya dağıdılıb

Avrointeqrasiya tərəfdarlarının Kiyevin Müstəqillik meydanında keçirdiyi aksiya dağıdılıb
# 30 noyabr 2013 07:37 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, DİN-in xüsusi təyinatlı “Berkut” dəstəsi yerli vavxtla səhər saat 4:00-da meydanda bir neçə yüz insanın qalmasından istifadə edərək aksiya iştirakçılarını qovub.

Ukrayna parlamentinin deputatı Andrey Şevçenko aksiyanın dağıdılması zamanı onlarla insanın xəsarət aldığını və həbs olunduğunu bildirib. Təkcə Kiyevin Şevçenko rayon Mili Şöbəsinə 30-dan çox aksiyaçı aparılıb.

Hazırda meydan milis əməkdaşları tərəfindən mühasirəyə alınıb. Kommunal xidmətlərin əməkdaşları orada təmizlik işləri görür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR