Rusiyada qətldə təqsirləndirilən Azərbaycan vətəndaşı 9 il müddətinə azadlıqdan məhrum edilib

Rusiyada qətldə təqsirləndirilən Azərbaycan vətəndaşı 9 il müddətinə azadlıqdan məhrum edilib
# 26 iyul 2013 14:17 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiyada qətldə təqsirləndirilən Azərbaycan vətəndaşı 9 il müddətinə azadlıqdan məhrum edilib. APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, Azərbaycan vətəndaşı Şahin Həsənov bu ilin fevralın 15-də Tambov şəhərində yerləşən kafelərin birində mübahisə etdiyi şəxsə bıçaqla ağır xəsarətlər yetirərək onu qətlə yetirib.

Şəhərin Oktyabrskiy Rayon Məhkəməsində Şahin Həsənovun cinayət işi üzrə son məhkəmə prosesi keçirilib. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (Qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunan həmyerlimiz cəzasını ciddi rejimli həbsxanada çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR