“Akademiya şəhərciyi”ndə təmir-bərpa və yenidənqurma işləri aparılır - FOTO

“Akademiya şəhərciyi”ndə təmir-bərpa və yenidənqurma işləri aparılır - <span style="color: red;">FOTO
# 06 avqust 2013 08:34 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. “Akademiya şəhərciyi”ndə aparılan təmir-bərpa və yenidənqurma işləri davam etdiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, şəhərciyin direktoru Nazim Sadıqov bildirib ki, Mərkəzi Elmi Kitabxananın və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin binalarının tikintisi bu ilin sonuna qədər yekunlaşacaq.

Kimya Problemləri, Fizika və Geologiya institutlarının binalarının əsaslı təmiri isə sentyabrda tamamlanacaq.

Onun sözlərinə görə, “Akademiya şəhərciyi”ndən bir neçə qeyri-akademik qurum köçürülüb, digərlərinin köçürülməsi barədə son danışıqlar aparılır: “İyulun 20-dən etibarən Bakı Abadlıq İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən şəhərcikdə abadlaşdırma işləri görülür. Əraziyə çəmənliklər döşənilir, çeşidli güllər əkilir, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ağaclar cavanlaşdırılır, quruları kəsilərək yeniləri ilə əvəz olunur”.

N. Sadıqov deyib ki, şəhərcikdəki mərkəzi qazanxananın fəaliyyəti təkmilləşdirilir, o cümlədən qış mövsümünə hazırlıq üçün texniki avadanlıqlar saz vəziyyətə gətirilir, nizam-intizam qaydaları gücləndirilir: “Şəhərcikdə xidməti və şəxsi avtomobillər üçün yeni dayanacaq salınır. Dayanacaq istifadəyə verildikdən sonra institutların qarşısında avtomobillərin saxlanılmasına qadağa qoyulacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR