Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb
# 02 avqust 2013 14:07 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısında Azərbaycanın xarici ticarət dövriyyəsi 21,6 mlrd. ABŞ dolları təşkil edib, onun 16,4 mlrd. dollarlıq hissəsi ixracın, 5,2 mlrd. dollarlıq hissəsi isə idxalın hesabına yaranıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu dövr ərzində Azərbaycan 137 ölkə ilə ticarət əlaqəsi aparıb, 93 ölkəyə əmtəə ixrac olunub, 126 ölkədən idxal olunub. Xarici ticarət dövriyyəsi iştirakçılarının 27-si Amerika, 49-u Avropa, 36-sı isə Asiya və s. ölkələri olub.

Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi 2,7%, o cümlədən ixrac 7,3% azalıb, idxal isə 15,5% artıb. Hesabat dövründə xarici ticarət dövriyyəsində 11,2 mlrd. dollarlıq müsbət saldo yaranıb, bu isə ötən ilin ilk yarısı ilə müqayisədə 15,2% azdır.


İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 13,5% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR