Nəqliyyat Nazirliyi Cəlilabadda reyd keçirib - VİDEO

Nəqliyyat Nazirliyi Cəlilabadda reyd keçirib - <span style="color: red;">VİDEO
# 09 noyabr 2013 16:16 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Nəqliyyat Nazirliyinin əməkdaşları Cəlilabad şəhərində və Ələt-Astara magistral yolunda reyd keçiriblər.

APA-nın Cənub bürosunun məlumatına görə, reyd zamanı taksi və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülər yoxlanılıb. Yoxlama zamanı lisenziyası və digər sənədləri qaydasında olanlarla yanaşı, üzərində yük daşımalara dair heç bir sənədi olmayanlar da aşkarlanıb. Qanuna tabe olmaq istəməyən sürücülərə də rast gəlinib. Lisenziyası olmayan bəzi sürücülərin avtomobilləri cərimə meydançasına aparılıb. «KamAZ» markalı yük maşınlarının sürücülərindən bir neçəsi müfəttişlərin «Dayan!» işarəsinə məhəl qoymayaraq yollarına davam ediblər. Bununla belə, qanunsuz taksi və yükdaşıma fəaliyyəti ilə məşğul olan 20-dən çox sürücü yerindəcə protokol tərtib edilməklə İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq cərimələnib.

Qeyd edək ki, bir saatdan çox davam edən reyd zamanı 50-yə yaxın sərnişin daşıyan və yük maşını yoxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR