Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 07 avqust 2013 06:15 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Avqustun 6-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 1,26 dollar azalaraq 1 barelə görə 105,30 dollar təşkil edib.


«APA-Economics»in məlumatına görə, avqustun 6-da ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,52 dollar azalaraq 108,18 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR