Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini Füzuli və Ağdam istiqamətində atəşə tutublar

Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini Füzuli və Ağdam istiqamətində atəşə tutublar
# 22 noyabr 2013 06:56 (UTC +04:00)

Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı və Ağdam rayonunun Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR