Müsavat başqanının müşaviri partiyadan istefa verib

Müsavat başqanının müşaviri partiyadan istefa verib
# 20 dekabr 2013 10:20 (UTC +04:00)

APA-nın məlumatına görə, Y. Hacıyeva bu barədə “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

O qeyd edib ki, bir məqamda obyektivliyi partiya maraqları naminə görməmək seçimi ilə üz-üzə qalıb və nəhayət, Azərbaycan cəmiyyətinin maraqlarının daha üstün və faydalı olduğu barədə qərar verib: “Bu, maraqlar, hadisələrə düzgün qiymət vermək imkanından başlamış ona doğru istiqamət təyin etməyə, nəhayət, onu yalnız birliyin gücü ilə pozitiv çevirməyə qədər geniş bir sistemli fəaliyyətdir. Amma çox təəssüf ki, bunu uzun illər qarşılıqlı fayda verdiyim təşkilatda həyata keçirə bilmədim. Bu gündən müstəqil olduğumu bəyan edirəm”.

Y. Hacıyeva APA-ya istefası ilə bağlı heç bir sualı cavablandırmayacağını bildirib. O, Milli Şuranın Sədr Aparatında fəaliyyətini davam etdirib-etdirməyəcəyinə də aydınlıq gətirməyib.

Qeyd edək ki, Milli Şuranın sədri Cəmil Həsənli qurumun Sədr Aparatını formalaşdırdığını və Müsavat başqanının müşaviri Y. Hacıyevanı Sədr Aparatına daxil etdiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR