İranın Şərqi Azərbaycan vilayətində zəlzələ baş verib

İranın Şərqi Azərbaycan vilayətində zəlzələ baş verib
# 07 avqust 2013 00:45 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İranın Şərqi Azərbaycan vilayətində zəlzələ baş verib. APA-nın “Oyannews”a istinadən məlumatına görə, 3.6 bal gücündə olan təbii fəlakətin episentri Vərziqan şəhəri olub. Tehran Universiteti, Geofizika İnstitutu, Seysmoloji Xidmət Mərkəzi zəlzələnin yerli vaxtla saat 11:15-də meydana gəldiyini xəbər verib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, 2012-ci ilin avqustunda İranın Şərqi Azərbaycan vilayətinin Əhər, Vərziqan və Heris şəhərlərində 6 və 6.2 bal gücündə olmaqla iki güclü zəlzələ baş verib. Nəticədə rəsmi statistikaya əsasən, 358 nəfər həlak olub, 1380 nəfər yaralanıb, 430 kəndin 40-100%-i dağılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR