Qasırğa Füzuli rayonuna ciddi zərər vurub

Qasırğa Füzuli rayonuna ciddi zərər vurub
# 14 may 2014 08:44 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, dünən axşam saatlarından etibarən başlayan güclü külək müxtəlif kəndlərdə 20-dən çox evin dam örtüyünü uçurub. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov APA-ya bildirib ki, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı Qayıdış və Zobucuq qəsəbələrində isə 30 evin çardağı yararsız hala düşüb.

Çoxlu sayda irigövdəli ağac və 15 elektrik dirəyi aşıb. Elektrik naqillərinin yararsız hala düşməsi nəticəsində 12 yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi dayandırılıb.

Rayonun Molla Məhərrəmli kəndində isə irigövdəli ağac kənd sakini Zakir Xəlilova məxsus “VAZ 21 011” markalı maşının üstünə aşıb. Nəqliyyat vasitəsi tam yararsız hala düşüb.

Hazırda qasırğanın fəsadlarının aradan qaldırılması istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR