Yaqub Mahmudov: “Gənclərlə bağlı problemlərimiz çoxdur, gənclikdə bəzi qüsurlar var”

Yaqub Mahmudov: “Gənclərlə bağlı problemlərimiz çoxdur, gənclikdə bəzi qüsurlar var”
# 05 fevral 2014 12:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) gəncləşməsinə böyük ehtiyac var.

AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov APA-ya açıqlamasında deyib ki, gənclərə xüsusi qayğı ilə akademiya daha da gəncləşdirilməlidir.

Hazırda akademiyada islahatlar getdiyini deyən Y.Mahmudov qeyd edib ki, Rəyasət Heyətinin iclaslarında da tez-tez bu məsələlər qoyulur. Onun sözlərinə görə, akademiyanın prezidenti Akif Əlizadənin də dil bilən istedadlı gənclərin irəli çəkilməsi ilə bağlı xüsusi tapşırığı var. Bu istiqamətdə akademiyada böyük işlərə başlandığını və onların davam etdirilməli olduğunu deyən Y.Mahmudov vurğulayıb ki, bunun üçün yalnız akademiya səviyyəsində görülən işlərlə kifayətlənmək olmaz: “Gənclərlə bağlı problemlərimiz çoxdur, gənclikdə bəzi qüsurlar var. Belə ki, biz nə qədər gəncləri toplamağa çalışsaq da onun içərisində ərəb, fars, şərq dillərini bilənlər çoxdur. Hamı yaşamaq üçün kompüter və ingilis dilinin dalınca qaçır. Amma biz yalnız ingilis dili ilə tariximizi araşdıra bilmərik. Gənclərin İtaliya və digər xarici ölkələrdə qədim dilləri bilməkdən ötrü təcrübə keçməsi üçün şərait yaradılır. Lakin gənclərin arasında getmək arzusunda olanlar yoxdur. Bu baxımdan gənclərdən çox şey asılıdır. Onlar bizə qarşı olan beynəlxalq basqılara mütəşəkkil şəkildə işləyərək cavab verməlidirlər. Bizə çevik, zirək, dilləri bilən mübariz gənclər lazımdır. Tarix sahəsində biz buna möhtacıq və ehtiyacımız var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR