Hacıqabulda baş verən yol qəzasında iki nəfər xəsarət alıb - VİDEO

Hacıqabulda baş verən yol qəzasında iki nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 29 mart 2014 07:34 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Hacıqabulda baş verən yol qəzasında iki nəfər xəsarət alıb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Bakı-Qazax yolunun 84-cü kilometrliyində, yolun Hacıqabul rayonun Atbulaq qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Akif Mirzəmməd oğlu Şahmarovun idarə etdiyi 40-BC-748 dövlət nömrə nişanlı “Kamaz” markalı yük avtomobili ilə Rizvan İsa oğlu Həsənovun idarə etdiyi 90-JZ-644 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində hər iki sürücü xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR