Yanukoviç: “Ukraynanın şərqində keçirilən referendumun nəticələrini inkar etmək olmaz”

Yanukoviç: “Ukraynanın şərqində keçirilən referendumun nəticələrini inkar etmək olmaz”
# 12 may 2014 13:46 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Yanukoviç qeyd edib ki, Donetsk və Luqanskda keçirilən referendumun nəticələrini inkar etmək olmaz.

“Mən sizi dayanmağa çağırıram. Bütün dünya gördü ki, referenduma nə qədər adam gəlib. Siz referendumun nəticələrini inkar edə bilərsiniz. Lakin nə siz, nə də Avropa etiraf etməyə bilməzsiniz ki, Ukraynanın şərqində terrorçular yoxdur və siz öz xalqınıza qarşı müharibə aparırsınız”, - deyə Yanukoviçin bəyanatında vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR