Ermənistan “Kalaşnikov” avtomatının təkmil versiyasını istehsal edəcək

Ermənistan “Kalaşnikov” avtomatının təkmil versiyasını istehsal edəcək
# 24 oktyabr 2013 08:00 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Ermənistan 2011-2012-ci illərdə Rusiyadan müxtəlif çaplı snayper tüfəngləri satın alıb. APA-nın xəbərinə görə, bu barədə Moskvada keçirilən İNTERPOLİTEX-2013 sərgisinə qatılan Rusiya müəssisələrindən məlumat əldə olunub.

Azərbaycan tərəfinin apardığı dəqiqləşdirmələr zamanı bəlli olub ki, snayper tüfənglərinin satışı Ermənistanda fəaliyyət göstərən “Aspar Arms” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Bu ölkəyə qeyd olunan illərdə açıqlanmayan sayda 9 mm çaplı “Vintorez”, SV-98, “Kord” və OSV-96 tipli standart və iri çaplı snayper tüfəngləri çatdırılıb.

Bununla yanaşı, 2011-ci ildə Ermənistan Rusiyadan “Kalaşnikov” avtomatının təkmilləşdirilmiş versiyasının istehsalına dair lisenziya alıb. Artıq bu silahların Ermənistanda istehsalı texnologiyası qurulub və sifariş üzrə üzərində təkmilləşdirilmə işləri aparılmış “Kalaşnikov” avtomatının Ermənistanda AS-300 indeks ilə seriyalı istehsalına başlanılacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR