Krasnodarın “Kuban” futbol klubu Dağıstan bayrağının yandırılmasına görə 500 min rubl cərimələnib

Krasnodarın “Kuban” futbol klubu Dağıstan bayrağının yandırılmasına görə 500 min rubl cərimələnib
# 31 oktyabr 2013 23:36 (UTC +04:00)

Bakı-APA. Krasnodarın “Kuban” futbol klubu fanatlarının “Anji” komandası ilə oyun zamanı qanuna zidd hərəkətlərə yol verdiklərinə görə 500 min rubl cərimələnib. APA-nın məlumatına görə, bu barədə “İnterfaks”a Rusiya Futbol İttifaqının İntizam Komitəsindən məlumat verilib.

Qeyd edək ki, Rusiya Premyer Liqasının 14-cü turu çərçivəsində oktyabrın 28-də baş tutmuş “Kuban” - “Anji” (Mahaçqala) matçında Krasnodar klubunun fanatları Dağıstanın bayrağını yandırıb.

Bundan başqa, Rusiya Futbol İttifaqının İntizam Komitəsinin iclasında “Kuban” futbol klubu nalayiq ifadələrə görə 40 min rubl, pirotexnika məhsullarının istifadəsinə görə isə - 10 min rubl cərimələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR