«Bolkart» sahibləri üçün yeni aksiya keçirilir

«Bolkart» sahibləri üçün yeni aksiya keçirilir
# 22 oktyabr 2013 13:18 (UTC +04:00)

Bakı - APA-Economics. «Bank of Baku» ASC-nin «Bolkart»ın dövriyyəyə buraxılmasının iki illiyi münasibətilə www.facebook.com/Bolkart səhifəsində yeni aksiyaya start verib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, aksiyanın əsas ideyası «Bolkart»la ən yaddaqalan alış-veriş» mövzusu üzərində qurulub.

Aksiyada iştirakçı olmaq istəyən hər «Bolkart» sahibi öz fotosunu elektron poçt ilə bankın [email protected] ünvanına göndərməlidir. Fotoda kart sahibinin özü, kartla aldığı məhsul və sahibi olduğu «Bolkart» kredit kartı əks olunmalıdır. Bu şərtə əməl edib fotosunu ən tez göndərən ilk 100 nəfər «Bolkart» sahibi müəyyən edilib hədiyyə alacaq.

Aksiya üçün cəlb edilmiş peşəkar rəssam «Bolkart» sahiblərinin fotolarını orijinal tərzdə bəzəyib yaraşıqlı şarj çəkəcək. Daha sonra bu şarj iştirakçıya göndəriləcək. Şarj iştirakçının «Facebook» səhifəsində yerləşdirilməli və 1 həftə ərzində səhifədə qalmalıdır. Şarj eyni zamanda bankın «Facebook» səhifəsində də yerləşdiriləcək. Bu vaxt kəsiyində şarjı ən çox like toplamış (bəyənilmiş) aksiya iştirakçısı hədiyyə qazanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR