Azərbaycan yaxın illərdə dövlət büdcəsində neftin baza qiymətini 20% azaldacaq

Azərbaycan yaxın illərdə dövlət büdcəsində neftin baza qiymətini 20% azaldacaq
# 12 noyabr 2013 10:42 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Milli Məclisdə gələn ilin büdcə zərfi ilə bağlı aparılan müzakirələr zamanı bildirib.


Onun sözlərinə görə, gələn il Azərbaycanın qeyri-neft sektorunun 10%, növbəti 3 ildə isə 8% artacağı gözlənilir.


Nazir müavini qeyd edib ki, ölkənin regionlarında 480-dən çox müəssisənin tikintisi davam etdirilir: «Gələn il Azərbaycanda sənaye istehsalının 4,8%, tikinti sənayesinin 10%, sonrakı 3 ildə 8% artacağı proqnozlaşdırılır».


Bununla yanaşı, gələn il Azərbaycanda aqrar sektorun 6% (növbəti 3 ildə - 5,4%) artacağı gözlənilir və taxılçılıq təsərrüfatının artımı əsas prioritet kimi götürülüb. Xidmət sektorunda isə artım 7,4%, növbəti 3 ildə 8% olacaq. «Biz növbəti illərdə ölkənin turizm sektorunda ciddi artım olacağını gözləyirik. Yaxın illərdə bu rəqəmin 22% olacağı gözlənilir ki, bu da yeni iş yerlərinin açılmasına səbəb olacaq», - deyə S.Həsənova vurğulayıb.


Həmçinin, xarici ticarət dövriyyəsinin 10% artacağı, müsbət saldonun həcminin isə 15,3 mlrd. dollar olacağı proqnozlaşdırılır. İnvestisiyaların 70%-i daxili mənbələr hesabına maliyyələşdiriləcək. Nəticədə, gələn il tikinti sektoruna 6,6 mlrd. manat həcmində investisiya yatırılacaq. Bundan başqa, bölgələrin qazla təchiz edilməsi prosesi tam başa çatdırılacaq, bütün qazanxanalar təmir olunacaq. Ümumilikdə isə, energetika layihələrinin həyata keçirilməsinə 2014-cü ildə 7 mlrd. manat ayrılacaq.


«Əsas hədəf insan kapitalının inkişaf etdirilməsi olacaq. Gələn il Azərbaycanda orta əmək haqqı 480 manata çatdırılacaq. Ölkə vətəndaşlarının gəlirləri isə 5,8 % artacaq», - deyə nazir müavini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR