AEBA-nın icraçı direktoru İrana səfər edəcək

AEBA-nın icraçı direktoru İrana səfər edəcək
# 08 noyabr 2013 12:24 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) icraçı direktoru Yukiya Amano İrana səfər edəcək.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

Onun sözlərinə görə, səfər noyabrın 11-də həyata keçiriləcək: “Amanonun Tehrana səfəri İranın nüvə məsələsində irəliləyişin əldə olunduğuna dair mühüm işarələrdən biridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR