Tələbələr üçün «Bolkart»ın verilməsi prosesi asanlaşdırılıb

Tələbələr üçün «Bolkart»ın verilməsi prosesi asanlaşdırılıb
# 29 avqust 2013 08:30 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Bank of Baku» ASC tələbələrə «Bolkart»ın verilməsi prosesini asanlaşdırıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, indi Azərbaycan tələbə kartına malik olan tələbələr, tələbə kartı və şəxsiyyət vəsiqəsini təqdim etməklə 500 manat məbləğində «Bolkart» əldə edə bilərlər.

Bankın şərtlərinə əsasən, tələbənin özünün qeydiyyatı «Bank of Baku»nun filiallarının fəaliyyət göstərdiyi rayondadırsa (Bakı, Sumqayıt, Xırdalan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz və Şirvan) - şəxsiyyət vəsiqəsi və tələbə kartı (və ya tələbə bileti, qiymət kitabçası) təqdim edilməlidir. Tələbənin özünün qeydiyyatda olduğu ərazidə bankın filialı fəaliyyət göstərmirsə, lakin təhsil aldığı ali məktəb bankın fəaliyyət göstərdiyi rayondadırsa - şəxsiyyət vəsiqəsi və tələbə kartı ilə yanaşı stipendiya barədə arayış da təqdim edilməlidir. Qeyd edək ki, bu kateqoriyaya aid olan sonuncu kursun 2-ci semestrində təhsil alan ali məktəb tələbələrinə «Bolkart» rəsmiləşdirilmir.

Bankın məlumatına görə, hazırda 140 minə yaxın Azərbaycan vətəndaşı «Bolkart» ilə alış-veriş edir. Qeyd edək ki, «Bolkart» vasitəsilə ölkənin istənilən mağazasında, həmçinin dünyanın istənilən ölkəsində və internetdə alış-veriş etmək mümkündür.

«Bolkart» əldə etmək istəyən tələbələr «Bank of Baku»nun filiallarına müraciət edə, həmçinin onlayn (www.bolkart.az/#openorder və ya www.facebook.com/bolkart) sifariş verə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR