Aygün Kazımovanın dələduzluqda təqsirləndirilən qardaşı və digərləri Ali Məhkəməyə müraciət ediblər

Aygün Kazımovanın dələduzluqda təqsirləndirilən qardaşı və digərləri Ali Məhkəməyə müraciət ediblər
# 25 oktyabr 2013 10:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Əsgəroğlu-K” MMC-nin dələduzluqda təqsirləndirilən direktoru Kazım Kazımov, şirkətin direktor müavini Etibar Əkbərov, satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Polkovanın apellyasiya şikayətləri üzrə məhkəmə baxışı keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin vəkilləri ilkin baxış iclasının qərarından kassasiya şikayəti verdiklərini bildiriblər. Bunun üçün də proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, prosesin ilkin baxış iclası zamanı təqsirləndirilən şəxslərin müdafiəçiləri məhkəmənin istintaqla aparılması barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. Kassasiya şikayəti həmin qərardan verilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K. Kazımzadə 10 il, Y. Kiyasov 9 il müddətinə azadlıqdan məhrum edilib. Azadlıqda olan O. Polkova isə məhkəmə zalında həbs olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən E. Əkbərovun barəsində isə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib. O, 3 ili sınaq müddəti olmaqla 7 il şərti olaraq azadlıqdan məhrum edilib.

Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir. Bakı şəhərində tikinti işləri ilə məşğul olan K.Kazımov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunur.

Onu da qeyd edək ki, dəstə üzvlərinin daha bir dələduzluq əməli ilə bağlı hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində də prosesləri davam etdirilir.

Kazım Kazımov Azərbaycanın xalq artisti Aygün Kazımovanın qardaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR