Azərbaycan ərazisində dəyişkən buludlu, yağmursuz hava proqnozlaşdırılır

Azərbaycan ərazisində dəyişkən buludlu, yağmursuz hava proqnozlaşdırılır
# 26 avqust 2013 09:52 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 19-24, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 27-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin dağlıq ərazilərdə lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 10-14, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 27-dən 29-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi olmasına baxmayaraq, gün ərzində havada rütubətin çox olması nəticəsində bürkülü hava insanlarda diskomfort hissi yarada bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR