Bakıda Fransız İnstitutunun təşkilatçılığı ilə “Yerin Ruhu” adlı konfrans keçirilib - FOTO

Bakıda Fransız İnstitutunun təşkilatçılığı ilə “Yerin Ruhu” adlı konfrans keçirilib - <span style="color: red;">FOTO
# 28 sentyabr 2013 09:41 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Bakıda Fransız İnstitutunun təşkilatçılığı ilə “Yerin Ruhu” adlı konfrans keçirilib.

APA-nın məlumatına görə, irsin dəyərləndirilməsi və qorunması üzərində işləmək üçün özünəməxsus layihə qurulmasının vacibliyi ilə bağlı konfransın məqsədi “yatmış” irsi canlandırmaq və daha cəlbedici etmək, turistlərin bu irsə marağını artırmaqdır.

Konfransda məruzə ilə çıxış edən “Saline Royale d’Arc et-Senant” muzeyinin direktoru Veronik Barselo Azərbaycanın Şəmkir rayonunda arxeoloji qazıntılar barədə tədbir iştirakçılara geniş məlumat verib. O bildirib ki, həmin ərazidə aparılmış arxeoloji işlər nəticəsində eradan əvvəl 3-cü minilliyə aid kurqanlar aşkarlanıb. Məruzədə V. Barselo həmin kurqanların strukturu, xüsusiyyətləri, orada dəfn olunmuş insanlar və kurqanların üzləşdiyi problemlərdən danışıb.

Daha sonra tarixi irsi daha da cəlbedici etmək istiqamətində hansı addımları atması ilə bağlı fikirlər mübadiləsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR