Türkiyənin gömrük və ticarət nazirinin müavini: “Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcminin 4 mlrd. dollara çatır”

Türkiyənin gömrük və ticarət nazirinin müavini: “Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcminin 4 mlrd. dollara çatır”
# 24 sentyabr 2013 11:05 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu Bakıda keçirilən Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının 21-ci konfransı və Baş Assosiasiyasının iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyənin gömrük və ticarət nazirinin müavini Fatih Metin jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, iki ölkənin dostluq və qardaşlıq əlaqələri digər sahələr kimi, işbirliyinə də müsbət təsir edir: “Gömrük sahəsində də əlaqələr yüksələn xətlə inkişaf edir. İki ölkənin gömrük təşkilatları olaraq çox yaxşı əlaqələr qururuq. Qarşılıqlı fikir mübadiləsi aparır, tərəflərin təklifi və bütün beynəlxalq layihələrdə bir-birimizi dəstəkləyirik. Dünya ölkələri içərisində Azərbaycan gömrük sahəsində əldə etdiyi uğurlara görə çox irəlidədir”.

F.Metin bildirib ki, hər iki ölkə tranzit ölkəsidir: “Bu səbəbdən biz yaxın illərdə hədəf bu rəqəmi iki dəfə artırmağı düşünürük. Bunun üçün də biz üzərimizə düşən işi görürük”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR