«Azersun Holding»in rəhbəri türkiyəli millət vəkilini qəbul edib - FOTO

«Azersun Holding»in rəhbəri türkiyəli millət vəkilini qəbul edib - <span style="color: red;">FOTO
# 21 oktyabr 2013 11:32 (UTC +04:00)

Bakı. APA-Economics. Türkiyənin tanınmış ictimai-siyasi xadimi, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hüseyn Çəlik Azərbaycanda səfərdədir. Millət vəkili H.Çəlik Bakıya səfəri çərçivəsində «Azersun Holding»in rəhbəri Abdulbari Goozalı evində ziyarət edib.

«Azersun Holding»dən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Holdinqin Azərbaycan-Türkiyə əlaqələrinin güclənməsinə verdiyi töhfələri yüksək qiymətləndirən H.Çəlikə, sahibkarlığa göstərilən dövlət dəstəyindən bəhs edilib, gələcək layihələr barədə məlumat verilib. Görüşdə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun da iştirak edib.

Qeyd edək ki, 1999-cu ildən millət vəkili seçilən H.Çəlik 58-ci hökumət dövründə Türkiyənin mədəniyyət naziri, 59 və 60-cı hökumət dövründə isə Türkiyənin təhsil naziri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR