Müsavat başqanının müşaviri: “Müsavat Partiyasından istefa verməyəcəyəm, Milli Şurada isə fərd kimi fəaliyyətimi davam etdirəcəyəm”

Müsavat başqanının müşaviri: “Müsavat Partiyasından istefa verməyəcəyəm, Milli Şurada isə fərd kimi fəaliyyətimi davam etdirəcəyəm”
# 13 yanvar 2014 10:03 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Mən Müsavat Partiyasının Milli Şura ilə bağlı qərarına hörmətlə yanaşıram, ancaq fərd kimi Milli Şurada fəaliyyətimi davam etdirməyə qərar vermişəm”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müşaviri, sabiq kənd təsərrüfatı naziri Tofiq Hüseynov (Qara Tofiq) söyləyib.

T. Hüseynov deyib ki, Müsavat Partiyasından istefa vermək niyyəti yoxdur: “İndi Milli Şura məsələsi ilə bağlı çox geniş danışmaq istəmirəm. Çünki hazırda səhhətimdə çox ciddi problem var, bir ay on gündür ki, Ankarada idim, yeni gəlmişəm. Qazi Universitetinin xəstəxanasında müalicə alırdım, bu ayın sonu yenə gedəcəyəm. İnşallah, müalicədən qayıdım, Milli Şura məsələsi ilə bağlı geniş danışaram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR