Dow Jones indeksi 1,1%, S&P 500 1,2%, Nasdaq 2,0% enib

Dow Jones indeksi 1,1%, S&P 500 1,2%, Nasdaq 2,0% enib
# 09 oktyabr 2013 06:57 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 8-də Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 14 777 bəndədək, S&P 500 1,2% - 1 656 bəndədək, Nasdaq 2,0% - 3 695 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsinə büdcə böhranı təsir edir.

Avropa fond bazarlarında oktyabrın 8-də FTSE 100 indeksi 1,1% - 6 366 bəndədək, Almaniya DAX-ı 0,4% - 8 556 bəndədək, Fransa CAC-40-ı isə 0,8% - 4 134 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% azalaraq 1 316,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3569 dollar (+0,1%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR