Bağdadda son bir gündə terror aktlarında ölənlərin sayı 67 nəfərə çatıb

Bağdadda son bir gündə terror aktlarında ölənlərin sayı 67 nəfərə çatıb
# 04 sentyabr 2013 04:53 (UTC +04:00)

APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, partlayışların əksəriyyəti ötən günün axşam saatlarında, insanların sıx cəmləşdiyi yerlərdə törədilib. Məlumata görə, 2 saatdan az müddət ərzində 11 partlayış törədilib.

Bundan başqa, terrorçular bir neçə silahlı hücum da həyata keçirib. Belə ki, Bağdadın cənubunda bir qrup silahlı şəxs bir ailənin bütün üzvlərini qətlə yetirib.

Qeyd edək ki, İraqda cari ilin əvvəlindən terror aktlarında 5000-dək insan ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR