«Hirkan Milli Parkı» marka seriyası çap olunub

«Hirkan Milli Parkı» marka seriyası çap olunub
# 18 noyabr 2013 10:15 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) «Azərmarka» şirkəti «Hirkan Milli Parkı» marka seriyasını təqdim edib.

«APA-Economics»ın RİTN-in mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, təqdim olunan iki seriyanın hər birində 4 marka təsvir olunub. Birinci seriyada yer alan «İri ağacdələn» şəklinin təsvir olunduğu markanın nominal dəyəri 20 qəpik, «Qara leylək» - 30 qəpik, «Qıvrımlələk qutan» - 50 qəpik, «Mərmər cücə» markasının nominalı isə 60 qəpik təşkil edir.

Məlumata görə, ikinci seriyadakı «Xallı maral» təsvirinin yer aldığı markanın nominal dəyəri 20 qəpik, «Cüyür»ün – 30 qəpik, «Adi vaşaq»ın – 50 qəpik, «Daş dələsi»nin isə 60 qəpikdir.

Qeyd edək ki, markaların üzərində adlar Azərbaycan dili ilə yanaşı, ingilis dilində də qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR