Turçinov ölkənin cənub-şərqindəki vəziyyətlə əlaqədar təcili Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırıb

Turçinov ölkənin cənub-şərqindəki vəziyyətlə əlaqədar təcili Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırıb
# 12 aprel 2014 20:02 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, toplantı Bakı vaxtı ilə 22 .00-da başlayıb.

Qeyd edək ki, son günlər Donetsk, Xarkov və Luqanskda Rusiya tərəfdarlarının etiraz aksiyaları keçirilir. Etirazçılar bölgələrin statusunun dəyişdirilməsi ilə bağlı referendum keçirilməsini tələb edirlər.

Hazırda Donetsk vilayəti administrasiyasının binası və Ukrayna Təhlükəsizlik İdarəsinin (UTİ) Luqanskdakı inzibati binası Rusiya yönümlü etirazçılar tərəfindən ələ keçirilib.

Bundan başqa, etirazçılar Donetsk vilayətinin Slavyansk şəhərində polis idarəsinin və UTİ-nin inzibati binalarını və Ukrayna Daxili İşlər Nazirliyinin Donetsk vilayəti üzrə Baş İdarəsinin inzibati binasını ələ keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR