Azərbaycanda iyulda satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Azərbaycanda iyulda satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb
# 03 avqust 2013 09:15 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayında Azərbaycanda satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4%, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,6%, çoxillik bitkilərin istehsalçı qiymətləri 4,2% ucuzlaşıb, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,7% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında birillik bitkilərdən kartofun istehsalçı qiymətləri 1,5%, baş soğanın 0,5%, quru otun istehsalçı qiymətləri 5,3% bahalaşıb, buğdanın istehsalçı qiymətləri 1,5%, arpanın 1%, göyərtilərin 1,2%, göy lobyanın 8,1%, kələmin 0,6%, pomidorun 1,2%, xiyarın 2,4%, badımcanın 16,6%, bibərin 24,5%, qarpız və yemişin istehsalçı qiymətləri isə müvafiq olaraq 1,1% və 1,2% ucuzlaşıb.

Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 10,1%, armudun 16,8%, əriyin 3,2%, albalı və gilasın 0,1%, şaftalının 10,9%, alçanın 28,8%, qoz və fındığın istehsalçı qiymətləri müvafiq olaraq 0,3% və 10,3% ucuzlaşıb, limonun istehsalçı qiymətləri 4%, çiyələyin istehsalçı qiymətləri isə 0,4% bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından yumurtanın istehsalçı qiymətləri 17,9% bahalaşıb. Bu bahalaşma ilə yanaşı ay ərzində diri qoyun və keçilərin istehsalçı qiymətləri 0,1%, inəyin 1,3%, camışın 0,4%, mal ətinin (diri çəkidə) 0,8%, quş ətinin (diri çəkidə) 4,1%, südün 0,3%, təbii balın istehsalçı qiymətləri isə 0,1% ucuzlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR