Səfir: “Fransa prezidentinin Azərbaycana səfərinin əsas məqsədi ikitərəfli münasibətləri gücləndirməkdir”

Səfir: “Fransa prezidentinin Azərbaycana səfərinin əsas məqsədi ikitərəfli münasibətləri gücləndirməkdir”
# 02 may 2014 12:02 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib.

Səfirin sözlərinə görə, səfərin əsas məqsədi ikitərəfli münasibətləri gücləndirməkdir: “Çünki biz Azərbaycanı regiondakı stabilliyin elementi kimi qiymətləndiririk”.

Diplomat bildirib ki, səfər zamanı Dağlıq Qarabağ münaqişəsi də müzakirə ediləcək: “Biz bilirik ki, bu məsələ həm Azərbaycan, həm də Ermənistan üçün çox vacibdir. Çünki həlli uzanan bu məsələnin çox böyük mənfi təsirləri var. Biz ATƏT-in Minsk Qrupu çərçivəsində iki ölkə arasında qarşılıqlı etimadı artırmağa çalışırıq”.

Qeyd edək ki, Fransa prezidenti Fransua Olland regiona səfəri çərçivəsində mayın 11-12-də Azərbaycanda səfərdə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR