İlkin Nəcəfzadə ilə "Ana xəbər" bloku – 21 iyun - VİDEO

İlkin Nəcəfzadə ilə "Ana xəbər" bloku – 21 iyun - <span style="color: red;">VİDEO
# 21 iyun 2014 17:06 (UTC +04:00)

Bakı-APA. Ukraynada bir müddətdir, davam edən antiterror əməliyyatları dayandırılır. Bu döyüşlər həm də informasiya müharibəsi ilə müşayiət olundu. Ukrayna Müdafiə Nazirliyi vaxtaşırı hərbçilərin itkisi barədə açıqlamalar verdi, rus mediası isə əksinə, Ukraynanın yeni hakimiyyətini tanımayan, narazı xalq statusu verdiyi tərəfin az qala hökumət qüvvələri tərəfindən soyqırımına məruz qaldığı barədə xəbərlər tirajladı. Ukraynanın yeni seçilmiş prezidenti isə bunun belə davam etməsinin Ukraynaya zərərdən başqa heç nə vermədiyini yaxşı anlayır və elə buna görə də səlahiyyətlərinə başlamasından heç bir ay keçməmiş vəziyyəti sabitləşdirmək üçün ilk addımı atdı. Poroşenkonun bu addımı həm də Moskvaya sülh təklifidir. Yeni prezident anlayır ki, iqtisadiyyatı çökmüş, ordusu zəifləmiş Ukraynanı dirçəltmək üçün münaqişənin dayandırılması şərtdir. Poroşenko həm də Rusiyanın narazılar adlandırdığı kütləyə sakit şəkildə ölkəni tərk etmək üçün şərait yaradılacağını deyir. Ukrayna prezidenti necə deyərlər bir güllə ilə iki dovşan vurmaq istəyir. O, dünyaya açıq şəkildə göstərir ki, baxın, biz Rusiyaya sülh təklif edirik, indi növbə onlarındır. Bir tərəfdən isə onun hakimiyyətini qəbul etməyən bir qrup adamdan və separatçılardan ölkəni təmizləmək istəyir.

Poroşenkonun bu təklifinə isə Kreml Ukraynanın bütün sərhədboyu ərazisində ordunun döyüşə hazır vəziyyətə gətirməsi əmri ilə cavab verdi. Bundan başqa Moskva Krıma 3 milyard ayırmaqla bu variantların ona keçmədiyinin mesajını verdi. Görünən odur ki, Ukraynanın xəmiri hələ çox su aparacaq...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR