Bakıda yanğın olub

Bakıda yanğın olub
# 11 may 2014 01:58 (UTC +04:00)

Bakı-APA. Bakıda gecə saatlarında yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nərimanov rayonunda beşmərtəbəli binanın 2-ci mərtəbəsində elektrik şitində baş verib. Nəticədə, şitdə quraşdırılmış 8 ədəd elektrik sayğacı yanıb. Bina yanğından mühafizə olunub. Yanğın saat 00:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR